Bank Of Baku

Azərbaycan Mərkəzi Bankı daha bir kredit ittifaqının lisenziyasını ləğv edib

Azərbaycan Mərkəzi Bankı daha bir kredit ittifaqının lisenziyasını ləğv edib
# 24 iyun 2011 14:02 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən daha bir kredit ittifaqının lisenziyası ləğv edilib. Bunu «APA-Economics»ə açıqlamasında Azərbaycan Kredit İttifaqları Assosiasiyasının (AKİA) İdarə Heyətinin sədri Elçin Bağırov bildirib.

E.Bağırovun sözlərinə görə, Lənkəranda fəaliyyət göstərmiş «Separadi» adlı kredit ittifaqı maliyyə hesabatlarını vaxtında AMB-yə təqdim etmədiyi, eyni zamanda fəaliyyətini tam dayandırdığı üçün AMB tərəfindən lisenziyasının dayandırılmasına qərar verilib.

E.Bağırov bildirib ki, «Separadi» kredit ittifaqı lisenziyası ləğv olunmaqla yanaşı, AKİA-nın üzvlüyündən də kənarlaşdırılıb. Hazırda AKİA-ya 78 kredit ittifaqı üzvdür.

Xatırladaq ki, AKİA 2003-cü ildən fəaliyyət göstərir. Quruma 78 kredit ittifaqı üzvüdür. Assosiasiyanın üzvü olan kredit ittifaqlarının 35-i kənd təsərrüfatının kreditləşməsində iştirak edir. Quruma kredit ittifaqları tərəfindən ödənilən rüblük üzvlük haqqı 100 manat, yeni qəbul edilən ittifaqlar üçün isə 30 manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR