Bank Of Baku

Avropa Mərkəzi Bankına yeni rəhbər təyin edilib

Avropa Mərkəzi Bankına yeni rəhbər təyin edilib
# 24 iyun 2011 14:51 (UTC +04:00)
Bakı - APA-Economics. Avropa İttifaqının (Aİ) liderləri Avropa Mərkəzi Bankına (AMB) yeni rəhbər təyin ediblər. “APA-Economics”in “Reuters”ə istinadən xəbərinə görə, 1 noyabr 2011-ci ildən 31 oktyabr 2019-cu ilədək AMB-yə italiyalı Mario Draqi rəhbərlik edəcək.

Hazırda İtaliya Mərkəzi Bankına rəhbərlik edən 63 yaşlı M.Draqinin namizədliyini Aİ üzvü olan ölkələrin maliyyə nazirləri və Avropa Parlamentinin İqtisadiyyat komitəsi bəyənib.

M.Draqi AMB-nin hazırkı rəhbəri Jan Klod Trişenin monetar siyasətə baxışlarını bölüşdüyünü bildirib. J.K.Trişenin səlahiyyət müddəti bu il oktyabrın sonunda bitəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR