Bank Of Baku

Azərbaycan Bank Tədris Mərkəzi bankirlər üçün qısamüddətli kursların müddətini açıqlayıb

Azərbaycan Bank Tədris Mərkəzi bankirlər üçün qısamüddətli kursların müddətini açıqlayıb
# 25 iyun 2011 08:47 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycan Bank Tədris Mərkəzi (ABTM) bank işçiləri üçün növbəti dəfə keçiriləcək qısamüddətli kursların adlarını və müddətini açıqlayıb.

ABTM-dən «APA-Economics»ə verilən məlumata görə, strateji idarəetmə mövzusu üzrə keçiriləcək kurs bu ilin iyun ayının 28-dən 30-dək nəzərdə tutulub. Bu kursda bankların Müşahidə Şurası və İdarə Heyətinin sədrləri və üzvləri, Audit Komitəsinin sədrləri və üzvləri iştirak edə bilərlər. kursda iştirak haqqı bir nəfərə üçün 300 manat (ƏDV daxil deyil) müəyyənləşib.

Bundan başqa, mərkəz tərəfindən bu ilin sentyabr ayının 19-20-də bütün səviyyələrdən olan rəhbər işçilər üçün «Biznes ünsiyyət və danışıq aparma vərdişləri» mövzusunda da kurslar keçiriləcək. Bu kursda iştirak haqqı 200 manatdır (ƏDV daxil deyil).

Sentyabrda sonuncu qısamüddətli kurs isə həmin ayın 19-22-dək davam edəcək. Filialların idarə edilməsi mövzusu üzrə keçiriləcək kursda banklarda filialların idarə edilməsi üzrə məsul olan menecerlər, filial müdirləri iştirak edə bilər. Kursun ödənişi bir nəfərə görə 400 manatdır (ƏDV daxil deyil).

Xatırladaq ki, ABTM Azərbaycan Banklar Assosiasiyasının törəmə müəssisəsi olaraq Avropa Birliyinin TACIS proqramının köməyi ilə yaradılıb və 2000-ci ilin fevral ayından fəaliyyət göstərir.

ABTM kommersiya bank işi və biznesin idarə edilməsi üzrə 1847 dinləyicinin iştirak etdiyi 116 kurs keçirərək, Azərbaycanın ən böyük təlim müəssisəsi mövqeyini qoruyub saxlayıb. ABTM hazırda Avropa Yaşlıların Təhsili Assosiasiyası, Avropa Bank Tədrisi Şəbəkəsi və Azərbaycan Sahibkarlar Konfederasiyasının üzvüdür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR