Bank Of Baku

Azərbaycan Sığortaçılar Assosiasiyasının növbəti iclası keçirilib

Azərbaycan Sığortaçılar Assosiasiyasının növbəti iclası keçirilib
# 25 iyun 2011 09:47 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) Müşahidə Şurasının növbəti iclası keçirilib. Bu barədə «APA-Economics»ə açıqlamasında ASA-nın icraçı direktoru Azər Əliyev məlumat verib.

A.Əliyevin sözlərinə görə, iclasda Müşahidə Şurası tərəfindən ASA-nın tərkibində fəaliyyət göstərən komitələrin işinin nəticələri müzakirə olunub.

Qeyd edək ki, hazırda qurumun tərkibində Təkrarsığorta və Anderraytinq Komitəsi, Təhsil Komitəsi, Həyat sığortası üzrə Komitə və Maliyyə Komitəsi fəaliyyət göstərir.

Xatırladaq ki, ASA 2006-cı ilin dekabrında təsis olunub. Hazırda 28 sığorta şirkəti qurumun üzvdür. Sığorta təşkilatlarının ödədiyi illik üzvlük haqqı isə 5 min manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR