Bank Of Baku

Azərbaycan Gömrük Əməkdaşlıq Şurasının sessiyasında iştirak edib

Azərbaycan Gömrük Əməkdaşlıq Şurasının sessiyasında iştirak edib
# 25 iyun 2011 16:01 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA. Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyevin rəhbərliyi ilə nümayəndə heyəti iyunun 23-dən 25-dək Belçikanın Brüssel şəhərində Ümumdünya Gömrük Təşkilatının (ÜGT) baş qərargahında Gömrük Əməkdaşlıq Şurasının sessiyasında iştirak edib. Bu barədə APA-ya DGK-nın mətbuat xidmətindən məlumat verilib.

Sessiyanın işinə ÜGT-yə üzv olan 177 ölkənin nümayəndələri, eləcə də bəzi beynəlxalq təşkilatların və özəl sektorun təmsilçiləri qatılıb. Sessiyada öncə ÜGT-nin baş katibi Kunio Mikuriya hesabatla çıxış edib, Gömrük Əməkdaşlıq Şurasının keçənilki sessiyasından ötən müddət ərzində ÜGT tərəfindən gerçəkləşdirilən tədbirlər barədə iclas iştirakçılarına məlumat verib.

Sessiya çərçivəsində ÜGT-yə seçkilər də keçirilib, DGK bu qurumun Maliyyə Komitəsinə üzv seçilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR