Bank Of Baku

Mərkəzi banklara uçot dərəcələrinin artırılması tövsiyə olunur

Mərkəzi banklara uçot dərəcələrinin artırılması tövsiyə olunur
# 27 iyun 2011 13:43 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Beynəlxalq Hesablaşmalar Bankı aparıcı ölkələrin mərkəzi banklarına uçot dərəcələrin artırılmasını tövsiyə edir. “APA-Economics”in məlumatına görə, buna səbəb kimi inflyasiyanın qarşısının alınması göstərilir.

Bankın məlumatında deyilir ki, ərzaq məhsulları, ilkin tələbat malları və enerji daşıyıcıları üzrə qiymət artımı ilə bağlı olan inflyasiya artıq dünya miqyaslı problemə çevrilib. Bununla əlaqədar inflyasiyanın azaldılması və maliyyə sabitliyinin qarşısına çıxan risklərin aradan qaldırılması məqsədilə hazırda daha sərt pul-kredit siyasəti aparılmalıdır.

Qərargahı İsveçrənin Bazel şəhərində yerləşən Beynəlxalq Hesablaşmalar Bankı beynəlxalq maliyyə qurumudur və onun vəzifəsi ölkələrin mərkəzi bankları arasında əməkdaşlığa dəstək olmaq və beynəlxalq hesablaşmaların təkmilləşdirilməsindən ibarətdir. Bank iqtisadi, makroiqtisadi və pul-kredit sahələrində tədqiqatlar mərkəzi kimi də fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR