Bank Of Baku

«Rabitəbank»ın səhmdarlarının növbəti iclası keçirilib

«Rabitəbank»ın səhmdarlarının növbəti iclası keçirilib
# 28 iyun 2011 07:36 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Rabitəbank» ASC-nin səhmdarlarının növbəti iclası keçirilib. Bunu «APA-Economics»ə bankın İdarə Heyətinin sədr müavini Elçin Qədimov bildirib.

E.Qədimovun sözlərinə görə, iclasda bankın 2010-cu il üzrə maliyyə-təsərrüfat fəaliyyəti, bankın audit komitəsinin hesabatı, 2010-cu il üzrə maliyyə ili üzrə balansının mənfəət və zərərlər haqqında hesabatı, həmçinin bankın Müşahidə Şurası və İdarə Heyətinin tərkibinin təsdiqi məsələsi müzakirə edilib.

Xatırladaq ki, «Rabitəbank» ASC 1993-cü ildən fəaliyyət göstərir. Cari ilin aprel ayının 1-nə bankın aktivlərinin həcmi 123,062 mln. manat, kredit portfeli 85,652 mln. manat, depozit portfeli 70,412 mln. manat, məcmu kapitalı 14,112 mln. manat, o cümlədən nizamnamə kapitalı 10,103 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR