Bank Of Baku

Əfqanıstan Mərkəzi Bankının rəhbəri ABŞ-a qaçıb

Əfqanıstan Mərkəzi Bankının rəhbəri ABŞ-a qaçıb
# 28 iyun 2011 08:20 (UTC +04:00)
Bakı - APA-Economics. Əfqanıstan Mərkəzi Bankının sədri Əbdül Qadir Fitrət ölkədən qaçıb. “APA-Economics”in “Associated Press”ə istinadən xəbərinə görə, bu barədə Əfqanıstan prezidenti Həmid Karzayın administrasiyasından məlumat verilib.

Ölkədən xaricdə olan Ə.Q.Fitrət postundan imtina etdiyini və həyatının təhlükədə olduğunu bəyan edib. O, ABŞ-ın Virciniya ştatında olduğunu və qaçışına görə cəzalandırılmaqdan yayınmağa çalışdığını bildirib: “Mən Əfqanıstanda istefa verə bilməzdim. Orada mənim həyatıma təhlükə var”.

H.Karzayın nümayəndələri isə qeyd ediblər ki, Mərkəzi Bankın keçmiş rəhbərinin adı ölkənin ən böyük özəl bankının - “Kabul Bank”ın iflasında əli olan şəxslərin siyahısındadır. Ötən il “Kabul Bank” Dubayın daşınmaz əmlak bazarına riskli yatırımlar və digər şübhəli sövdələşmələr nəticəsində iflas həddinə çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR