Bank Of Baku

Dünyanın aparıcı banklarının kapitallarına qarşı tələblər sərtləşdirilib

Dünyanın aparıcı banklarının kapitallarına qarşı tələblər sərtləşdirilib
# 28 iyun 2011 10:39 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Beynəlxalq maliyyə tənzimləyici orqanları dünyanın ən iri banklarının kapitallarına qarşı tələbləri sərtləşdirib.

APA-Economics”in məlumatına görə, Bazel Komitəsinin qərarı ilə banklar aktivlərindən 1%-2,5% həcmində əlavə kapital ayırmalıdır.

Beynəlxalq Hesablaşmalar Bankının məlumatında deyilir ki, qəbul olunmuş sənəddə maliyyə qurumları üçün sistemin vacibliyini qiymətləndirmə metodikası əks olunub ki, həmin qiymətləndirməyə əsasən qurumun əlavə kapital ayırmaları barədə qərar qəbul olunacaq.

Kapitala tələblərin sərtləşdirilməsi dünyanın 30 ən iri banklara aid olunacaq və bu bankların dünya maliyyə sistemində baş verə biləcək sarsıntılara qarşı dayanıqlığını artıracaq.

Qeyd edək ki, Bazel Komitəsi tərəfindən qəbul olunmuş sənəd iyul ayında Maliyyə Sabitliyi Şurasına təqdim olunacaq. Yeni tələblərin tətbiqinə III Bazel normativləri ilə birlikdə 2016-2018-ci illərdə başlanması nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR