Bank Of Baku

Gələn həftə Bakıda II Azərbaycan Beynəlxalq Sığorta Forumu keçiriləcək

Gələn həftə Bakıda II Azərbaycan Beynəlxalq Sığorta Forumu keçiriləcək
# 28 iyun 2011 13:18 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu ilin iyul ayının 7-8-də Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) və Maliyyə Nazirliyinin təşkilatçılığı ilə Bakıda II Azərbaycan Beynəlxalq Sığorta Forumu keçiriləcək.

ASA-dan «APA-Economics»ə verilən məlumata görə, «Azərbaycanın sığorta bazarının inkişafının perspektivləri» mövzusunda keçiriləcək forumun məqsədi ölkənin sığorta bazarında baş verən dəyişikliklər haqqında məlumat vermək və beynəlxalq sığorta xidmətləri bazarında inteqrasiya prosesini inkişaf etdirməkdir. İkinci dəfə keçiriləcək beynəlxalq tədbirdə həmçinin dünya sığorta birliklərinin iştirakçıları arasında əməkdaşlığının dərinləşməsi, təcrübə mübadiləsinin aparılması, sığortaçıları arasında tərəfdaş münasibətlərinin genişləndirilməsi planlaşdırılır.

İki gün davam edəcək forumda «İcbari sığorta», «Həyat sığortası» və «Banklar və onların sığorta bazarı ilə münasibətləri» mövzuları da müzakirə ediləcək. Forumun işində Azərbaycan sığorta şirkətlərinin rəhbərləri ilə yanaşı mühüm beynəlxalq sığorta və təkrarsığorta şirkətlərinin rəhbərlərinin iştirakı nəzərdə tutulur.

Forum zamanı aparılan müzakirələrdə Azərbaycanda əhalinin əmlakının artması, ölkənin maddi-texniki potensialının möhkəmlənməsi fonunda sığorta bazarının inkişafı üçün yaradılan əlverişli şərait də diqqət mərkəzində olacaq. Forumun baş sponsoru qismində «AzRe Təkrarsığorta» şirkəti və Beynəlxalq Sığorta Şirkəti çıxış edir. Tədbirin sponsorları isə «Qarant Sığorta», «Atəşgah Sığorta», «AXA MBASK», «Standard İnsurance», «Azal Sığorta», «A Group», «Azərsığorta», «Başak İnam Sığorta», «Azərbaycan Sənaye Sığorta» və «Paşa Həyat» şirkətidir.

Xatırladaq ki, ASA 2006-cı ilin dekabrında təsis olunub. Hazırda qurumun 28 üzvü var. Sığorta təşkilatlarının ödədiyi illik üzvlük haqqı 5 min manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR