Bank Of Baku

Sabah sığortaçıların rəhbər işçisi vəzifələrinə namizədlər üçün növbəti test imtahanı keçiriləcək

Sabah sığortaçıların rəhbər işçisi vəzifələrinə namizədlər üçün növbəti test imtahanı keçiriləcək
# 29 iyun 2011 09:02 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Sabah Azərbaycan Maliyyə Nazirliyi tərəfindən sığortaçıların rəhbər işçisi vəzifələrinə namizədlər üçün növbəti test imtahanı keçiriləcək.

Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətindən «APA-Economics»ə verilən məlumata görə, imtahan iyun ayının 30-u, saat 14.30-da Maliyyə-Elm Tədris Mərkəzində (Ə.Qasımzadə küçəsi,57) başlayacaq. Qeydiyyat imtahanın başlama vaxtından 30 dəqiqə əvvəl başlayır.

Qeyd edək ki, imtahanlar «Sığorta fəaliyyəti haqqında» qanunun müvafiq maddəsinin tələbinə, həmçinin Maliyyə Nazirliyinin “Sığortaçıların rəhbər işçisi vəzifələrinə namizədlər və müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya almaq istəyən fiziki şəxslər və sığortaçıların rəhbər vəzifələrinə namizədlər üçün attestasiyanın təşkili və keçirilməsi qaydaları”na uyğun keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR