Bank Of Baku

«DəmirBank» «EF-Tech Electronics» şirkəti ilə əməkdaşlığı genişləndirir

«DəmirBank» «EF-Tech Electronics» şirkəti ilə əməkdaşlığı genişləndirir
# 29 iyun 2011 09:52 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «DəmirBank» ASC məişət və digər texnika satışını həyata keçirən «EF-Tech Electronics» şirkəti ilə əməkdaşlığı genişləndirir.

Bankın «APA-Economics»ə verilən məlumata görə, şərtlərə əsasən müxtəlif növ texnikanı «EF-Tech» mağazalarından 3 aydan 18 ayadək müddətə kreditlə almaq mümkündür.

Kreditin məbləği 500-4000 ABŞ dolları təşkil edə bilər. Kredit alan şəxsin ən azı 6 ay müddətində dövlət təşkilatında və ya sabit maliyyə durumu olan özəl müəssisədə iş stajı olmalıdır.

Xatırladaq ki, «DəmirBank» (əvvəlki «Azərdəmiryolbank») 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR