Bank Of Baku

Azərbaycanda poçtlar əmanət qəbul edəcək

Azərbaycanda poçtlar əmanət qəbul edəcək
# 29 iyun 2011 10:51 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Azərbaycanda ipoteka kreditləşməsi mexanizmi dəyişəcək. “APA-Economics”in məlumatına görə, bu, prezident İlham Əliyevin təsdiqlədiyi «2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı»nın həyata keçirilməsi üzrə 2011-2015-ci illər üzrə Tədbirlər Planında nəzərdə tutulur.

Plana əsasən ölkədə tikinti-əmanət banklarının yaradılması işinin dəstəklənməsi, ipoteka kreditləşməsi mexanizminin təkmilləşdirilməsi nəzərdə tutulur. Bundan başqa, Azərbaycanda poçt əmanət sisteminin, eləcə də elektron ödəniş sisteminin inkişaf etdirilməsi planlaşdırılır. Plana əsasən bank şəbəkəsinin regionlar üzrə inkişaf etdirilməsi təşviq olunacaq, bank olmayan kredit təşkilatlarının fəaliyyətləri genişləndiriləcək, eləcə də bank xidmətləri istehlakçılarının hüquqları müdafiə olunacaq.

Qiymətli kağızlar bazarının inkişafı ilə bağlı tədbirlərdə isə yerli şirkətlərin Bakı Fond Birjasının listinqinə çıxarılması üçün münbit şəraitin yaradılması və bu prosesin təşviqi nəzərdə tutulur. Eyni zamanda investorların hüquqlarının qorunması mexanizminin təşkili və qiymətli kağızlar bazarı üzrə təlim və məsləhət mərkəzinin yaradılması da nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR