Bank Of Baku

«Əmrah Sığorta» şirkətinin son bir ildə sığorta haqları və bazar payı azalıb

«Əmrah Sığorta» şirkətinin son bir ildə sığorta haqları və bazar payı azalıb
# 29 iyun 2011 12:35 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Əmrah Sığorta» şirkətinin 2011-ci ilin yanvar-may aylarında topladıqları sığorta haqlarının həcmi 0,242 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 24,4% azdır.

«APA-Economics»in Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin hazırladığı hesabata istinadən verdiyi məlumata görə, hesabat dövründə şirkətin sığorta hadisələri üzrə ödənişlərinin həcmi təxminən 25% azalaraq 0,083 mln. manata çatıb.

Bundan başqa, bu müddət ərzində «Əmrah Sığorta» sığorta şirkətinin məcmu sığorta haqlarındakı xüsusi çəkisi də azalıb. Belə ki, son bir il ərzində şirkətin bazar payı 0,2 faiz bəndi azalaraq 0,28% olub. Həmçinin şirkətin məcmu sığorta ödənişləri üzrə bazar payı 0,21 faiz bəndi azalaraq 0,37% təşkil edib.

Xatırladaq ki, təsisçisi 2 yerli fiziki şəxs olan «Əmrah Sığorta» şirkəti 1993-cü ildən fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR