Bank Of Baku

«Kapital Bank»ın Bakıda daha bir filialı açılıb

«Kapital Bank»ın Bakıda daha bir  filialı açılıb
# 29 iyun 2011 13:22 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Kapital Bank» ASC-nin Bakıda daha bir filialı - «Şuşa» filialı fəaliyyətə başlayıb.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, filial Binəqədi rayonu, İbrahimpaşa Dadaşov küçəsi, 3158/3156 məhəllə ünvanında (Azərbaycan Tennis Akademiyasının yaxınlığında) yerləşir.

Müştərilərə yüksək xidmət şəraitinin təmin edilməsi üçün bina müvafiq avadanlıqlarla təchiz edilib. Filialda bankomat və digər texniki vasitələr də quraşdırılıb. Müştərilər «Şuşa» filialına müraciət edərək istədikləri bank əməliyyatlarını apara bilərlər.

Qeyd edək ki, hazırda bankın 89 filialı, 10 şöbəsi, 395 bankomatı və 412 POS-terminalı mövcuddur.

Xatırladaq ki, «Kapital Bank» 2000-ci ildən fəaliyyət göstərir. Bankın səhmdarları rolunda «Paşa Holding» (97,5%) və bankın əmək kollektivi (2,5%) çıxış edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR