Bank Of Baku

«Azal Sığorta» şirkəti brendini dəyişib

«Azal Sığorta» şirkəti brendini dəyişib
# 29 iyun 2011 14:29 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Azal Sığorta» şirkəti brendini dəyişərək «İpək Yolu Sığorta» şirkətinə çevrilib. Bunu «APA-Economics»ə açıqlamasında şirkətin İdarə Heyətinin sədri Niyazi İmanov bildirib.

N.İmanovun sözlərinə görə, Maliyyə Nazirliyi tərəfindən şirkətin adının dəyişdirilməsi bağlı müvafiq icazə verildikdən sonra bu ilin iyun ayının 24-də şirkət yeni adla Vergilər Nazirliyi tərəfindən qeydiyyata alınıb.

N.İmanov həmçinin qeyd edib ki, şirkətin brendinin dəyişməsi ilə səhmdarların strukturunda heç bir dəyişiklik olmayıb.

Xatırladaq ki, «Azal Sığorta» şirkəti 1995-ci ildən fəaliyyət göstərir. Hazırda şirkətin nizamnamə kapitalı 8,855 mln. manat təşkil edir. Şirkət hazırda 23 sığorta növü ilə məşğul olmaq üçün müvafiq lisenziyalara malikdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR