Bank Of Baku

«Atəşgah Həyat» sığorta şirkəti Azərbaycan Mərkəzi Bankının əməkdaşlarını sığortalayıb

«Atəşgah Həyat» sığorta şirkəti Azərbaycan Mərkəzi Bankının əməkdaşlarını sığortalayıb
# 29 iyun 2011 14:56 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Atəşgah Həyat» sığorta şirkəti Azərbaycan Mərkəzi Bankının əməkdaşlarını «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta» növü üzrə sığortalayıb.

Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bu sığorta növü üzrə Mərkəzi Bankın 600 nəfərə yaxın əməkdaşı sığortalanıb.

Qeyd edək ki, «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında» qanun 2010-cu ilin dekabrından tətbiq olunur. Qanun Azərbaycanda istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta sahəsində münasibətləri tənzimləyir, bu münasibətlərin hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edir.

«Atəşgah Həyat» sığorta şirkəti 2009-cu ildə Azərbaycanda həyat sığortası üzrə yaradılan ilk şirkət olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR