Bank Of Baku

“AtaSığorta” şirkətinin səhmdarları xalis mənfəətin kapitallaşdırılması barədə qərar qəbul edib

“AtaSığorta” şirkətinin səhmdarları xalis mənfəətin kapitallaşdırılması barədə qərar qəbul edib
# 29 iyun 2011 15:05 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «AtaSığorta» ASC-nin səhmdarlarının 2010-cu maliyyə ilinin yekunlarına həsr olunmuş növbəti illik ümumi yığıncağı keçirilib.

Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, iclasda şirkətin 2010-cu ilin yekunları üzrə İdarə Heyətinin, Direktorlar Şurasının, Təftiş Komissiyasının hesabatları dinlənilib. Həmçinin 2010-cu ilin yekunları üzrə maliyyə hesabatları kənar müstəqil auditor tərəfindən yoxlanılaraq verilmiş rəy əsasında təsdiq edilib.

İclasda eyni zamanda səhmdarlar tərəfindən xalis mənfəətin kapitallaşdırılması barədə də qərar qəbul edilib.

Xatırladaq ki, təsisçisi «AtaHolding» Şirkətlər Qrupu olan «AtaSığorta» ASC 2004-cü ilin sentyabr ayından fəaliyyət göstərir. Şirkət sığortanın 23 könüllü və 5 icbari növləri üzrə məhsullar təqdim edir. Cari ilin aprel ayının 1-nə şirkətin nizamnamə kapitalı 4,8 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR