Bank Of Baku

“AtaBank” ilin sonunadək “MasterCard Europe Sprl” sisteminə qoşulacaq

“AtaBank” ilin sonunadək “MasterCard Europe Sprl” sisteminə qoşulacaq
# 30 iyun 2011 08:03 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «AtaBank» ASC dünyanın ən iri beynəlxalq ödəniş sistemlərindən biri olan “MasterCard Europe Sprl” ilə danışıqlara başlayıb.

Bankın baş ofisindən “APA-Economics”ə verilən məlumata görə, cari ilin sonuna qədər bu prosesin yekunlaşması gözlənilir. Yeni sistemə qoşulmaq bankın müştərilərinə yeni imkanlar yaradacaq və əlavə seçim imkanı verəcək.

Bankdan bildirilib ki, yeni kartların emissiyası kart müştərilərinin sayının artmasına əhəmiyyətli təkan verəcək. Eyni zamanda bankın bankomatları «MasterCard» və “Maestro/Cirrus” kartlarını qəbul edəcək. “MasterCard Europe Sprl” beynəlxalq ödəniş sisteminin tamhüquqlu üzvü olmaqla bank “Merchant Acquiring” (“Ekvayrinq”) lisenziyasının alınmasını da planlaşdırır.
Xatırladaq ki, “AtaBank” 2004-cü ildən “Visa International” beynəlxalq ödəniş sistemi ilə əməkdaşlıq edir. Hazırda “AtaBank” bu sistemin tamhüquqlu üzvüdür. Bankın emissiya etdiyi kartların sayı 22 000-ə yaxındır.

Qeyd edək ki, «MasterCard Europe Sprl» beynəlxalq ödəniş sistemi ilə Azərbaycanın 10-dan artıq bankı əməkdaşlıq edir.

Xatırladaq ki, «AtaBank» ASC 1993-cü ildən fəaliyyət göstərir. Bankın 59 bankomatı və 345 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR