Bank Of Baku

Bu gün “Rabitəbank” yaranmasının 18 illiyini qeyd edir

Bu gün “Rabitəbank” yaranmasının 18 illiyini qeyd edir
# 30 iyun 2011 08:06 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın “Rabitəbank” ASC yaranmasının 18 ilini qeyd edir.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, 1993-cü ildə Rabitə Nazirliyinin nəzdində ixtisaslaşdırılmış bank kimi fəaliyyətə başlayan “Rabitəbank” tezliklə iqtisadiyyatın müxtəlif sahələrini əhatə etməklə öz fəaliyyət dairəsini genişləndirib və universal banka çevrilib.

Hazırda «Rabitəbank»ın müştəriləri ticarət, istehsalat, tikinti, kənd təsərrüfatı, nəqliyyat, kommunikasiya və başqa sahələri təmsil edən müəssisələr və fərdi sahibkarlardır. Eyni zamanda bank fiziki şəxslərə də bütün növ maliyyə xidmətləri göstərir.

Fəaliyyət göstərdiyi 18 il ərzində «Rabitəbank» ölkənin iri bankları arasında mövqeyini qoruyub saxlamaqla yanaşı, 20 filial və şöbədən ibarət filial şəbəkəsini yaradaraq, Sumqayıt, Quba, Qusar, Xaçmaz, Lənkəran, Gəncə, Şəmkir, Şirvan, Şəki, Naxçıvan, Şamaxı, Ağcabədi və Kürdəmir daxil olmaqla ölkənin 13 regionunda təmsil olunur. “Rabitəbank”ın baş idarəsi və filiallarında çalışan 360-dan çox əməkdaş bankın 30 minədək müştərisinə xidmət olunmasını təmin edir.

Cari ilin aprel ayının 1-nə bankın aktivlərinin həcmi 123 mln. manat, balans kapitalı 15 mln. manat, kredit portfelinin həcmi 86 mln. manat, müştəri depozitləri 71 mln. manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR