Bank Of Baku

BVF: ABŞ-ı dövlət borcları üzrə defolt gözləyir

BVF: ABŞ-ı dövlət borcları üzrə defolt gözləyir
# 30 iyun 2011 08:14 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. ABŞ Senatının ölkənin borclanma üzrə yuxarı həddinin artırılmasından imtina edəcəyi təqdirdə, bu, dünya iqtisadiyyatı və maliyyə bazarları üçün ciddi risklər yaradacaq. “APA-Economics”in məlumatına görə, bu bəyanatla Beynəlxalq Valyuta Fondunun (BVF) icraçı direktoru vəzifəsini icra edən Con Lipski çıxış edib.

Onun sözlərinə görə, əgər bu baş verərsə, maliyyə bazarları darmadağın ola, faiz dərəcələri kəskin arta bilər. Nəticədə ipoteka və digər istehlak kreditləri bahalaşacaq. Bunun qarşısını almaq üçün C.Lipski senatorların borclanma üzrə yuxarı həddinin artırılmasına dair razılığa gələcəyinə ümidvar olduğunu bildirib.

Qeyd edək ki, ötən ay ABŞ-ın borclanma üzrə yuxarı həddi 14,3 trln. dollara çatıb. Maliyyə Nazirliyi bəyan edib ki, bu hədd yalnız iki ay ərzində saxlanıla bilər - ondan sonra artırılma baş verməsə, ölkəni dövlət borcları üzrə defolt gözləyir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR