Bank Of Baku

Azərbaycanda deflyasiya davam edəcək

Azərbaycanda deflyasiya davam edəcək
# 30 iyun 2011 08:28 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu ilin iyun ayında Azərbaycanda istehlak mallarının qiymətləri və xidmət tarifləri ötən ilin müvafiq dövrünə nisbətən bir qədər də aşağı düşəcək. “APA-Economics”in xəbərinə görə, bu barədə Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev bildirib.

Onun sözlərinə görə, bu ilin iyun ayında ölkədə deflyasiya gözlənilir: “İlin əvvəlindən isə inflyasiyanın bir qədər də aşağı düşəcəyi proqnozlaşdırılır”.

Xidmət sahələrində elə də böyük bahalaşmanın olmadığını bildirən komitə sədri qeyd edib ki, hazırda ölkədə turizm sahəsində qiymətlər nisbətən bahadır.

Qeyd edək ki, bu ilin yanvar-may aylarında inflyasiyanın səviyyəsi 8,9% olub. Aprel ayında Azərbaycanda 0,3%, may ayında isə 0,4% deflyasiya qeydə alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR