Bank Of Baku

Azərbaycanda fərdi sahibkarların bank hesablarının sayı azalır

Azərbaycanda fərdi sahibkarların bank hesablarının sayı azalır
# 30 iyun 2011 10:22 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycanda fəaliyyət göstərən fərdi sahibkarların banklarda olan hesabların sayı 2011-ci ilin mayın 1-nə 41 759-a bərabər olub.

APA-Economics”in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının müvafiq hesabatına əsasən bu göstərici ötən ilin mayın əvvəlinə nisbətən 9 040 vahid və ya 17,8% azalıb. Eyni zamanda cari ilin əvvəlindən fərdi sahibkarların bank hesabların sayı 16 206 vahid və ya 28% azalıb.

Ümumilikdə fiziki şəxslərin bank hesablarının sayı üzrə dinamikası fərqlidir. Belə ki, bu göstərici son bir ildə 369 720 vahid və ya 18,1% artaraq 2 415 694 hesab təşkil edib. Eyni zamanda cari ilin əvvəlindən hesabların sayı 78 631 vahid və ya 3,2% azalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR