Bank Of Baku

Bakıda «Müstəqil Azərbaycanın inkişafı rəqəmlərdə» elmi simpozium keçirilib

Bakıda «Müstəqil Azərbaycanın inkişafı rəqəmlərdə» elmi simpozium keçirilib
# 30 iyun 2011 10:30 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu gün Bakıda Azərbaycan Təhsil Nazirliyi, Dövlət Statistika Komitəsi (DSK) və Azərbaycan Elmlər Akademiyası (AMEA) tərəfindən «Müstəqil Azərbaycanın inkişafı rəqəmlərdə» elmi simpozium keçirilib.

«APA-Economics»in məlumatına görə, tədbirdə çıxış edən DSK-nın sədri Arif Vəliyev ölkənin iqtisadi inkişafından danışıb və qeyd edib ki, 2004-2010-cu illər ərzində Azərbaycanda ÜDM 3 dəfə, adambaşına düşən ÜDM 2,7 dəfə, sənaye məhsulunun istehsalı 2,8 dəfə, əsas kapitala yönəldilmiş investisiyaların həcmi 2,9 dəfə, kənd təsərrüfatı sahəsi 1,3 dəfə, yük daşımaları 1,8 dəfə, rabitə sahəsi 5,6 dəfə, pərakəndə əmtəə dövriyyəsi 2,3 dəfə, əhaliyə göstərilən pullu xidmətlər 4,5 dəfə, xarici ticarət dövriyyəsi 5,4 dəfə, ölkə iqtisadiyyatına yatırılmış xarici investisiyalar 2,4 dəfə, əhalinin banklardakı əmanəti 12 dəfə, dövlət büdcəsi 9,3 dəfə, strateji valyuta ehtiyatları 18,4 dəfə, iqtisadiyyata kredit qoyuluşu 13,7 dəfə, əhalinin gəlirləri 4,5 dəfə, orta aylıq əmək haqqı 4,3 dəfə, minimum əmək haqqının məbləği 7,1 dəfə, pensiyaların orta məbləği 4,7 dəfə, kiçik sahibkarların sayı isə 1,7 dəfə artıb.

Bundan başqa, tədbirdə təhsil naziri Misir Mərdanov, AMEA prezidenti Mahmud Kərimov, AMEA-nın vitse-prezidenti Arif Həşimov, Naxçıvan MR Dövlət Statistika Komitəsinin sədri Bəxtiyar İsmayılov ölkənin inkişafı barədə çıxış ediblər. Daha sonra tədbir çərçivəsində oxunan məruzələr ətrafında müzakirələr aparılıb.

Simpoziumda Prezident Administrasiyası, Nazirlər Kabineti, Milli Məclis, İqtisadi İnkişaf, Vergilər, Maliyyə, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərindən, həmçinin Dövlət Gömrük Komitəsi, Dövlət Sosial Müdafiə Fondu, Mərkəzi Bank və digər qurumların nümayəndələri iştirak edib.

Qeyd edək ki, DSK-nın inzibati binasında keçirilən simpozium çərçivəsində DSK və Naxçıvan MR Dövlət Statistika Komitəsi tərəfindən nəşr edilən kitabların sərgisi və müstəqillik illərində Azərbaycanın və Naxçıvanın sosial, iqtisadi inkişafını əks etdirən plakatlar nümayiş olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR