Bank Of Baku

«Paşa Həyat»ın yeni icbari sığorta növü üzrə sığorta haqları 6 mln. manat olub

«Paşa Həyat»ın yeni icbari sığorta növü üzrə sığorta haqları 6 mln. manat olub
# 30 iyun 2011 11:31 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Paşa Həyat» sığorta şirkəti bu ilin yanvar-may aylarında «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta» növü üzrə 6,121 mln. manat həcmində sığorta haqqı toplayıb. Bunu «APA-Economics»ə şirkətin İdarə Heyətinin sədr müavini Niyaz İsmayılov bildirib.

N.İsmayılovun sözlərinə görə, şirkət bu ilin fevral ayından fəaliyyətə başlayıb və həmin tarixdən indiyədək bu növ üzrə 300-dən çox müəssisə və təşkilatların 150 min nəfər işçisini sığortalayıb. İlkin hesablamalara görə, bu ilin iyun ayında «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta» növü üzrə 300 min manatdan artıq sığorta haqqı toplanılıb.

N.İsmayılov bildirib ki, digər sığorta növlərini nəzərə alınmaqla yanvar-mayda şirkətin ümumi sığorta haqlarının həcmi 6,350 mln. manatdan çox olub. Göründüyü kimi, «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə-əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta» növünün məcmu sığorta haqlarındakı xüsusi çəkisi 96,4% təşkil edib. Qalanı isə «Vacib şəxslərin həyat sığortası» və «Kredit götürən şəxsin həyat sığortası» növlərinin payına düşüb.

Qeyd edək ki, «Paşa Həyat Sığorta» sığorta şirkəti 2010-cu ilin noyabr ayının 24-də dövlət qeydiyyatına alınıb, sığorta fəaliyyətinə lisenziya (5 illik) isə bu ilin fevral ayının 14-də verilib. Cari ilin iyun ayının 1-nə şirkətin nizamnamə kapitalı 7 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR