Bank Of Baku

Azərbaycanın baş naziri Argentina Gömrük İdarəsinin baş direktorunu qəbul edib

Azərbaycanın baş naziri Argentina Gömrük İdarəsinin baş direktorunu qəbul edib
# 30 iyun 2011 13:04 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Baş nazir Artur Rasizadə Azərbaycanda səfərdə olan Argentina Gömrük İdarəsinin baş direktoru xanım Maria Siomara Ayeranı qəbul edib. Bu barədə “APA-Economics”ə Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.

Görüşdə Azərbaycanla Argentina arasında gömrük sahəsində əlaqələrin möhkəmləndirilməsinin zəruriliyi nəzərə çatdırılıb. Qeyd edilib ki, Argentinanın kontrafakt mallar üzrə təcrübəsindən və Azərbaycan gömrükçülərinin “bir pəncərə” sisteminin effektiv tətbiqindən, habelə risklərin idarə olunması sahəsində təcrübəsindən qarşılıqlı surətdə bəhrələnmək hər iki tərəf üçün faydalı olar.

Qəbul zamanı iki ölkə arasında ticarət dövriyyəsinin vəziyyəti və iqtisadi əlaqələrin daha da genişləndirilməsi imkanları barədə fikir mübadiləsi aparılıb.

Qəbulda Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev də iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR