Bank Of Baku

«Paşa Həyat» sığorta şirkətinin yeni inzibati binasının açılışı olub - FOTOSESSİYA

«Paşa Həyat» sığorta şirkətinin yeni inzibati binasının açılışı olub - <font color=red>FOTOSESSİYA</font>
# 30 iyun 2011 15:22 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Bu gün «Paşa Həyat» sığorta şirkətinin yeni inzibati binasının açılış mərasimi olub. «APA-Economics»in məlumatına görə, tədbirdə «Paşa Holding» Şirkətlər Qrupunun, «Paşa Sığorta» şirkətinin, Dövlət Neft Şirkətinin nümayəndələri iştirak edib.

Tədbirdə «Paşa Həyat» sığorta şirkətinin İdarə Heyətinin sədri Mürsəl Rüstəmov şirkətin yaranma tarixi, onun əldə etdiyi nailiyyətlər və gələcək planları barədə danışıb. Onun sözlərinə görə, şirkət bu ilin yanvar-may aylarının göstəriciləri üzrə ümumilikdə 6,350 mln. manatdan çox sığorta haqqı toplayıb: «Bu məbləğin təxminən 90%-i icbari sığorta növlərinin payına düşüb. Təkcə bu ilin yanvar-may aylarında «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta» növü üzrə 6,121 mln. manatdan artıq sığorta haqqı yığılıb».

«Paşa Sığorta» şirkətinin İdarə Heyətinin sədri Nofəl Rzayev «Paşa Həyat» sığorta şirkətinin qısa zaman müddətində əldə etdiyi nailiyyətlərdən, həmçinin şirkətin gələcək planlarından danışıb: «Bazarda sağlam sığorta şirkətinin fəaliyyət göstərməsi üçün sağlam kapital, beynəlxalq əlaqələr və rəqabət tələb olunur. Bu sadaladığımın hamısı «Paşa Həyat» sığorta şirkətində mövcuddur. İnanıram ki, şirkət gələcəkdə daha yaxşı nəticələr əldə edəcək».

N.Rzayev şirkətin maliyyə göstəricilərinə də toxunub: «Hazırda şirkətin nizamnamə kapitalı 7 mln. manat təşkil edir. Belə bir kapital göstəricisi ilə şirkət həyat sığortası üzrə şirkətlər sırasında ilk yeri tutur. Bu kapitalın həcmi sabit qalmayacaq, gələcəkdə də yenidən artırılması nəzərdə tutulur».

Azərbaycan Dövlət Neft Şirkətinin şöbə müdiri Vüqar Ələkbərov və digər qonaqlar tədbirdə təbrik nitqləri ilə çıxış ediblər.

Qeyd edək ki, «Paşa Həyat Sığorta» sığorta şirkəti 2010-cu ilin noyabr ayının 24-də dövlət qeydiyyatına alınıb, sığorta fəaliyyətinə lisenziya (5 illik) isə bu ilin fevral ayının 14-də verilib və həmin gündən şirkət rəsmən fəaliyyətə başlayıb. Cari ilin iyun ayının 1-nə şirkətin nizamnamə kapitalı 7 mln. manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR