Bank Of Baku

«Bank Standard» Azərbaycanda fəaliyyət göstərən bütün təcili pul köçürmə sistemləri ilə əməkdaşlığa başlayıb

«Bank Standard» Azərbaycanda fəaliyyət göstərən bütün təcili pul köçürmə sistemləri ilə əməkdaşlığa başlayıb
# 01 iyul 2011 11:29 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Bank Standard» QSC ölkədə fəaliyyət göstərən bütün təcili pul köçürmə sistemləri ilə əməkdaşlıq quran ilk bank olub.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hazırda bank təcili pul köçürmə xidmətlərini «Western Union», «Xpress Money», «Private Money», «Faster», «Bıstraya Poçta», «Contact», «Migom», «Zolotaya Korona», «Blizko», «Lider», «Avers», «Coinstar», «Caspian Money Transfer», «İnterekspress», «Allur», «AziyaEkspress» və «İntel ekspress» sistemləri vasitəsilə göstərir.

Bundan sonra təcili pul köçürməsi göndərən və ya alan müştərilər tələb olunan sistemin hansı bankda olub olmadığını öyrənmək üçün vaxt sərf etmədən birbaşa «Bank Standard»a müraciət edə bilərlər, çünki burada onlara lazım olan sistemi mütləq tapacaqlar.

Xatırladaq ki, «AB Standard» Şirkətlər Qrupuna daxil olan «Bank Standard» 1995-ci ildən fəaliyyət göstərir. Bankın ölkə üzrə 16 filialı, 79 bankomatı, 427 POS-terminalı və 428 işçisi mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR