Bank Of Baku

“Parabank” Bakı Dövlət Universitetində məzun gününə həsr olunmuş tədbirin sponsoru olub

“Parabank” Bakı Dövlət Universitetində məzun gününə həsr olunmuş tədbirin sponsoru olub
# 01 iyul 2011 12:31 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-economics. Azərbaycanın «Parabank» ASC Bakı Dövlət Universitetində məzun gününə həsr olunmuş tədbirin sponsoru qismində iştirak edib.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, tədbirdə bankın nümayəndələri təbrik çıxışından sonra rektor və prorektorlara bankın «Premium» səviyyəli «VİSA İnfinite» kartlarını, təhsili fərqlənmə ilə bitirən 34 məzuna isə «VİSA Gold» kartlarını hədiyyə ediblər.

Tədbir zamanı 34 fərqlənmiş məzun arasında püşkatma yolu ilə 1 ədəd «BlackBerry» mobil telefonu da oynanılıb və nəticədə telefonun sahibi Bakı Dövlət Universitetinin məzunu Şəhla Baloğlanova olub.

Xatırladaq ki, təsisçisi 23 fiziki şəxs olan «Parabank» ASC 1991-ci ildən fəaliyyət göstərir. Bankın hazırda ölkə üzrə 16 filialı və 1 şöbəsi mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR