Bank Of Baku

«Xalq Bank» «Priority Pass» kartlarını təqdim edir

«Xalq Bank» «Priority Pass» kartlarını təqdim edir
# 01 iyul 2011 13:50 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Xalq Bank» ASC «Priority Pass» beynəlxalq servis kartlarının emissiyasına başlayıb.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, «Priority Pass» çoxlu səyahət edən insanlara dünyanın hava limanlarında VİP gözləmə zallarına giriş imkanı verən ən böyük müstəqil proqramdır. «Priority Pass» kart sahibləri aviaşirkət və aviabiletin növündən asılı olmayaraq, həm işgüzar əlaqələr, həm də istirahət məqsədilə VİP zalların bütün üstünlüklərindən (telefon, İnternet, faks, iclas otaqları) istifadə edə bilərlər.

Bankdan bildirib ki, VİP zala giriş üçün «Priority Pass» kartını təqdim etmək kifayətdir. «Priority Pass» kartının sahibini müşayiət edən şəxslər də bu kartın vasitəsilə zala daxil ola bilərlər. VİP zala bir girişin dəyəri «Priority Pass» şirkəti tərəfindən 27 ABŞ dolları həcmində müəyyən edilib.

Qeyd edək ki, «Priority Pass» kartını «Xalq Bank»da «Visa» və «MasterCard» plastik kartı, internet bank, SMS məlumatlandırma və digər xidmətlərin daxil olduğu «Gold, Business», «Platinum» təklif paketlərinin tərkibində əldə etmək olar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR