Bank Of Baku

«Bank of Baku» 600 000-ci istehlak kreditini rəsmiləşdirib

«Bank of Baku» 600 000-ci istehlak kreditini rəsmiləşdirib
# 01 iyul 2011 13:59 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Bu gün Azərbaycanın «Bank of Baku» ASC
600 000-ci istehlak kreditini rəsmiləşdirib.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, 600 000-ci kredit bankın «28 May» filialına müraciət edən Asif Ağamalıyevə verilib. Müştəri A.Ağamalıyevə 2500 manat həcmində 24 ay müddətinə komissiya ödənilmədən simvolik olaraq illik 1% dərəcəsi ilə kredit verilib.

Qeyd edək ki, faydalı kreditlə bərabər «Bank of Baku»nun qalib müştərisinə daha bir hədiyyə - «Master Card Gold» plastik kartı da təqdim olunub.

Xatırladaq ki, «Bank of Baku» ASC 1994-cü ilin fevral ayında «Tuqay Bank» adı ilə fəaliyyətə başlayıb. Bankın təsisçiləri rolunda Türkiyənin «NAB Dış Ticarət» şirkəti və bir neçə fiziki şəxs çıxış edir. Hazırda bankın ölkə üzrə 17 filialı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR