Bank Of Baku

ANS Müstəqil Yayım və Media Şirkəti Vergilər Nazirliyinin Vergi Auditi Departamentini məhkəməyə verib

ANS Müstəqil Yayım və Media Şirkəti Vergilər Nazirliyinin Vergi Auditi Departamentini məhkəməyə verib
# 01 iyul 2011 15:03 (UTC +04:00)
Bu barədə “APA-Economics”ə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsindən məlumat verilib.

Belə ki, bir müddət əvvəl vergi yoxlamaları zamanı Vergilər Nazirliyinin Vergi Auditi Departamenti ANS Müstəqil Yayım və Media Şirkətini külli məbləğdə cərimələyib. Şirkət bununla əlaqədar cərimə aktının etibarsız sayılması üçün məhkəməyə müraciət edib. Cərimənin konkret məbləği isə açıqlanmayıb.

Vergilər Nazirliyində ANS Müstəqil Yayım və Media Şirkəti tərəfindən məhkəməyə verilmə faktını təsdiqləyiblər. Nazirliyin mövqeyinə gəldikdə isə bildirilib ki, sözügedən cərimə aktı nazirliyin mövqeyini əks etdirir.

Qeyd edək ki, iş 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hakimi Qurban Abbasovun icraatındadır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR