Bank Of Baku

Maliyyə Nazirliyi daha bir sığorta şirkətinə müddətsiz lisenziya verib

Maliyyə Nazirliyi daha bir sığorta şirkətinə müddətsiz lisenziya verib
# 02 iyul 2011 08:01 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın Maliyyə Nazirliyi tərəfindən «Paşa Sığorta» ASC-yə müddətsiz lisenziya verilib.

Maliyyə Nazirliyinin dövlət sığorta Nəzarəti Xidmətindən «APA-Economics»ə verilən məlumata görə, «Sığorta fəaliyyəti haqqında» qanuna müvafiq olaraq, əvvəllər verilmiş lisenziyasının müddətinin başa çatması ilə əlaqədar «Paşa Sığorta» ASC-yə bu ilin iyul ayının 1-də sığorta fəaliyyətinə müddətsiz lisenziya verilib.

Xatırladaq ki, «Paşa Holding» Şirkətlər Qrupuna daxil olan «Paşa Sığorta» şirkəti 2006-cı ildən fəaliyyət göstərir. Hazırda şirkət 31 sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR