Bank Of Baku

Bu il «Paşa Həyat»ın yeni qəbul olunmuş icbari sığorta növü üzrə bazar payı 30% müəyyənləşib

Bu il «Paşa Həyat»ın yeni qəbul olunmuş icbari sığorta növü üzrə bazar payı 30% müəyyənləşib
# 02 iyul 2011 11:14 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Paşa Həyat» sığorta şirkəti bu il «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta» növü üzrə bazar payını açıqlayıb. Bu barədə «APA-Economics»ə açıqlamasında şirkətin İdarə Heyətinin sədri Mürsəl Rüstəmov bildirilib.

M. Rüstəmovun sözlərinə görə, şirkətin 2011-ci il üzrə planlarına əsasən həyat sığorta üzrə bazarın 30%-i «Paşa Həyat» sığorta şirkətinin payına düşəcək: «Hazırda bu sığorta növü üzrə fevral ayından indiyədək 6,2 mln. manatdan çox sığorta haqqı toplanılıb. Bu isə şirkətin ümumi sığorta haqlarının 95%-ni təşkil edir. Təkcə, cari ilin iyun ayında bu növ üzrə toplanan sığorta haqqı həcmi 300 min manatdan çox olub».

M. Rüstəmov bildirib ki, bu ilin fevral ayından indiyədək bu sığorta növü üzrə 300-dən çox müəssisə və təşkilatın 150 min işçisi sığortalanıb.

Qeyd edək ki, «Paşa Həyat Sığorta» sığorta şirkəti 2010-cu ilin noyabr ayının 24-də dövlət qeydiyyatına alınıb, sığorta fəaliyyətinə lisenziya (5 illik) isə bu ilin fevral ayının 14-də verilib və həmin gündən şirkət rəsmən fəaliyyətə başlayıb. Cari ilin iyun ayının 1-nə şirkətin nizamnamə kapitalı 7 mln. manat təşkil edir. Bu ilin yanvar-may aylarında şirkətin topladığı sığorta haqlarının həcmi 6,5 mln. manatdan çox olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR