Bank Of Baku

«Xalq Bank» ASC «European Quality» mükafatına layiq görülüb - FOTO

«Xalq Bank» ASC «European Quality» mükafatına layiq görülüb - <font color=red>FOTO</font>
# 04 iyul 2011 08:13 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Europe Business Assembly (EBA) (Oksford, Böyük Britaniya), sosial tərəfdaşlıq üzrə beynəlxalq korporasiyası siyasət, iqtisadiyyat və elm sahəsində Şərqi Avropa ölkələrinin ən yaxşı nümayəndələrinin mükafatlarla təltifetmə mərasimini keçirib.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, EBA qaydalarına və nominasiya komissiyasının 14 iyun 2011-ci il tarixli qərarı ilə «Xalq Bank» göstərdiyi xidmətlərin Avropa standartlarına uyğun yüksək keyfiyyəti və peşəkarlığına görə «European Quality» («Avropa keyfiyyəti», qeyd. №2351135) mükafatına layiq görülüb.

Europe Business Assembly - məqsədi təcrübə mübadiləsi, iqtisadiyyatın, təhsil və mədəniyyətin inkişafına və müxtəlif ölkələr arasında sosial əlaqələrin yaradılmasına kömək etmək olan müstəqil beynəlxalq korporasiyadır. Assambleyanın mükafatları biznesin inkişafı və fərdi peşə nailiyyətlərinə görə şirkət və ayrı-ayrı şəxslərə təqdim edilir.

Qeyd edək ki, «European Quality» nominasiyasında iştirak üçün şirkətlər analitik, sosioloji, informasiya, reklam, reytinq və PR agentliklərin statistik məlumatları və Avropa Biznes Assambleyasının tərəfdaşlarının tövsiyələri əsasında seçilirlər.

Qeyd edək ki, təsisçisi bir neçə hüquqi şəxs olan «Xalq Bank» ASC 2004-cü ildən fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR