Bank Of Baku

Azərbaycanın ticarət dövriyyəsində müsbət saldo 20,5% artıb

Azərbaycanın ticarət dövriyyəsində müsbət saldo 20,5% artıb
# 13 avqust 2011 10:59 (UTC +04:00)
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, əmtəə mübadiləsinin 83%-i və ya 14,5 mlrd. dolları uzaq xarici dövlətlərlə aparılaraq 6,1% artıb. MDB üzvü ölkələri ilə ticarət əlaqələrinin həcmi isə 2,9 mlrd. dollar təşkil edib və 32,7% artıb.

Hesabat dövründə xarici ölkələrə göndərilmiş malların məbləği 3,3% azalıb və 13,1 mlrd. dollara bərabər olub. İxrac olunmuş malların 86,8%-i və ya 11,4 mlrd. dolları uzaq xarici ölkələrə, 13,2%-i isə MDB üzvü dövlətlərinə göndərilib. Uzaq xarici ölkələrə ixrac edilmiş əmtəələrin məbləği 7,7% azalıb, MDB üzvü dövlətlərinə göndərilmiş malların dəyəri isə 36,1% artıb.

«Ötən ilin müvafiq dövrü ilə müqayisədə idxal olunmuş məhsulların dəyəri 47,1% artaraq 4,3 mlrd. dollar təşkil edib. İdxal olunmuş malların 71,5%-i, yaxud 3,1 mlrd. dollarlığı uzaq xarici ölkələrdən, 28,5%-i və ya 1,2 mlrd. dollarlığı MDB üzvü dövlətlərindən gətirilib», - deyə Komitədən bildirilib.

Cari ilin ilk altı ayı ərzində Azərbaycanın ticarət dövriyyəsində 8,8 mlrd. dollarlıq, o cümlədən uzaq xarici dövlətlərlə 8,3 mlrd. dollarlıq, MDB üzvü ölkələri ilə isə 487,4 mln. dollarlıq müsbət saldo yaranıb. Ötən ilin analoji dövrünə nisbətən müsəbət saldonun həcmi 20,5% artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR