Bank Of Baku

Azərbaycanda əhalinin bank əmanətləri son bir ildə 35% artıb

Azərbaycanda əhalinin bank əmanətləri son bir ildə 35% artıb
# 15 avqust 2011 11:10 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin iyul ayının 1-nə Azərbaycanda əhalinin banklardakı əmanətlərinin həcmi 2010-cu ilin eyni dövrü ilə müqayisədə 34,7% artaraq 3,5 mlrd. manata çatıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə milli valyuta ilə qoyulmuş əmanətlərin həcmi 50,5% artaraq 1,7 mlrd. manat, xarici valyuta şəklində qoyulmuş əmanətlər isə 22,5% artaraq 1,8 mlrd. manat olub.

Qeyd edək ki, iyul ayında milli valyutanın 1 ABŞ dollarına qarşı orta məzənnəsi 0,79 manat, 1 avroya 1,13 manat, 100 Rusiya rubluna 2,82 manat, yanvar-iyul aylarında isə müvafiq olaraq 0,79 manat, 1,11 manat və 2,78 manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR