Bank Of Baku

Çin hökuməti banklardan ipoteka kreditlərini azaltmağı tələb edir

Çin hökuməti banklardan ipoteka kreditlərini azaltmağı tələb edir
# 15 avqust 2011 13:15 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Kredit risklərinin artması təhlükəsi ilə əlaqədar olaraq Çin hökuməti ölkə banklarından ipoteka kreditlərini azaltmağı tələb edib. «APA-Economics»in «Bloomberg» agentliyinə istinadən verdiyi məlumata görə, Çinin bank tənzimləyicisi iyul ayında ölkə banklarına tikinti şirkətlərinin borcunu ödəməsi üçün müddəti artırmağı, eləcə də köhnə kreditləri qaytarması üçün onlara kredit ayrılmasını qadağan edib.

Bundan başqa, dövlət qurumu banklardan tələb edib ki, ipoteka kreditlərindən fərqli olaraq kommersiya əmlakının alınması və inkişafı üçün kreditlər verəndə daha sərt tələblər qoysunlar. Agentliyin məlumatına görə, Çin hökuməti bu addımlarla bazarı risklərdən qorumaq və daşınmaz əmlakın qiymətini aşağı salmaq istəyir.

Artıq bu addımlar nəticəsini verib. «SouFun Holdings Ltd.» şirkətinin məlumatına görə, ölkədə daşınmaz əmlakın qiymətinin artımı iyul ayında ən aşağı həddə düşüb. İyun ayında qiymətlər 2,2% artdığı halda, iyulda bu rəqəm 0,2% olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR