Bank Of Baku

«Paşa Bank»ın depozit portfeli azalıb

«Paşa Bank»ın depozit portfeli azalıb
# 15 avqust 2011 14:11 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin avqustun 1-nə «Paşa Bank» ASC-nin aktivlərinin həcmi 2011-ci ilin əvvəlinə nisbətən 0,4% artaraq 511,183 mln. manata çatıb.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, avqustun 1-nə «Paşa Bank»ın kredit portfeli ilin əvvəli ilə müqayisədə 16% artaraq 225,853 mln. manat təşkil edib.

Bununla yanaşı, hesabat dövründə bankın depozit portfeli 3,6% azalaraq 326,561 mln. manata düşüb.

Hesabat dövründə bankın məcmu kapitalı 3,2% artaraq 136,495 mln. manata, o cümlədən nizamnamə kapitalı 7% artaraq 123,475 mln. manata çatıb.

Bu ilin yanvar-iyul ayları ərzində «Paşa Bank»ın əldə etdiyi mənfəət 10,101 mln. manat, xalis mənfəəti isə 4,211 mln. manat təşkil edib.

Xatırladaq ki, «Paşa Holding»ə daxil olan «Paşa Bank» ASC 2007-ci ilin noyabr ayından fəaliyyət göstərir. Cari ilin avqustun 1-nə bankın 144 işçisi, 2 şöbəsi, 9 bankomatı və 882 aktiv plastik kartı olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR