Bank Of Baku

Azərbaycanda problemli kreditlərin həcmi 37% artıb

Azərbaycanda problemli kreditlərin həcmi 37% artıb
# 15 avqust 2011 14:36 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən bank-kredit təşkilatları tərəfindən müştərilərə ayrılmış kreditlərin məcmu həcmi 2011-ci il iyul ayının 1-i vəziyyətinə 9 mlrd. manat təşkil edib. Bu isə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 10% çoxdur.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, kredit qoyuluşunun 35,2%-i dövlət, 64,8%-i isə özəl kredit təşkilatları tərəfindən həyata keçirilib.

«Verilmiş kreditlərin 66,9%-ni və ya 6,021 mlrd. manatını uzunmüddətli kreditlər, 26,9%-ni və ya 2,421 mlrd. manatını qısamüddətli kreditlər təşkil edib, ödəmə vaxtı keçmiş kreditlər isə 557,9 mln. manat olub və ümumi kreditlərin 6,2%-ni təşkil edib. Ötən ilə nisbətən uzunmüddətli kreditlərin həcmi 7,3%, qısamüddətli kreditlərin həcmi 3,1%, vaxtı keçmiş kreditlərin həcmi isə 36,5% artıb», - deyə Komitədən bildirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR