Bank Of Baku

ABŞ-da gəlir vergisinin artırılması təklif olunur

ABŞ-da gəlir vergisinin artırılması təklif olunur
# 16 avqust 2011 08:35 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Varlı amerikalılar üçün vergi dərəcələrinin artırılması dövlət büdcəsinin kəsirini azaltmağa və dövlət borcunun artmasının qarşısını almağa kömək edəcək. «APA-Economics»in «Reuters»a istinadən verdiyi məlumata görə, bu bəyanatla var-dövləti 47 mlrd. dollar həcmində qiymətləndirilən «Berkshire Hathaway» investisiya holdinqinin rəhbəri Uorren Baffet çıxış edib.

Onun sözlərinə görə, gəlirlərini əsasən investisiya əməliyyatlarından əldə edən varlı amerikalılar müəyyən vergi güzəştlərindən yararlanır ki, onlar üçün nəzərdə tutulan gəlir vergisinin hazırkı dərəcəsi sıravi vətəndaşlarla müqayisədə kifayət qədər aşağıdır.

«Ötən il mən dövlət büdcəsinə 7 mln. dollar vergi ödəmişəm. İlkin olaraq bu məbləğin əhəmiyyətli olduğu görünür. Lakin bu sadəcə mənim vergi tutulan gəlirimin 17,4%-dir. Halbuki, bizim şirkətin digər işçilərinin gəlir vergisi orta hesabla 36% təşkil edib», - deyə milyarder bildirib.

U.Baffet əmindir ki, varlılar üçün vergi dərəcəsinin artırılması onları bir investor kimi qorxutmayacaq: «Gəlir vergisini ödəmək təhlükəsinə görə sərfəli sövdələşmədən imtina edən insanın olduğuna inanmıram».

Qeyd edək ki, ABŞ hökuməti dövlət büdcəsinin kəsirini azaltmaq məqsədilə Vergi Məcəlləsində islahatlar aparmaq niyyətindədir. Hazırda ABŞ-ın dövlət büdcəsinin kəsiri 1,3 trln. dollar təşkil edir, dövlət borcunun maksimal həddi isə 14,6 trln. dollaradək qaldırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR