Bank Of Baku

«Expressbank» yeni səhm emissiyasının yerləşdirilməsinə başlayır

«Expressbank» yeni səhm emissiyasının yerləşdirilməsinə başlayır
# 16 avqust 2011 10:53 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Avqustun 18-dən etibarən Bakı Fond Birjasında (BFB) Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən qeydə alınmış «Expressbank» ASC-nin yeni səhm emissiyasının yerləşdirilməsinə başlanacaq.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 231,13 manat, sayı 43 266 ədəd, emissiyanın ümumi həcmi isə 10 000 070,58 manat təşkil edir. Emissiyanın yerləşdirilməsi başa çatandan sonra bankın nizamnamə kapitalı 17,6% artaraq 66 671 759,58 manata çatacaq. Qiymətli kağızların yerləşdirilməsində anderrayter rolunda «Unicapital» ASC çıxış edir.

Xatırladaq ki, «Expressbank» 1989-cu ildən 2010-cu ilin mart ayınadək «Azərnəqliyyatbank» adı ilə fəaliyyət göstərib. Bankın səhmlərinin 100%-i hüquqi şəxslərə məxsusdur. Cari il iyulun 1-nə bankın aktivləri 141,543 mln. manat, kredit portfeli 52,913 mln. manat, depozit portfeli 69,301 mln. manat, məcmu kapitalı 62,553 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR