Bank Of Baku

«YapıKredi Bank Azerbaijan» kredit portfelini artırıb

«YapıKredi Bank Azerbaijan» kredit portfelini artırıb
# 16 avqust 2011 11:44 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin iyulun 1-nə «YapıKredi Bank Azerbaijan» QSC-nin aktivlərinin həcmi ötən ilin analoji dövrünə nisbətən 3,3% azalaraq 165,605 mln. manat təşkil edib.

Bankdan «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə «YapıKredi Bank Azerbaijan»ın kredit portfeli 52,4% artaraq 86,641 mln. manata, depozit portfeli isə 9,8% azalaraq 63,183 mln. manata çatıb.

Bu dövr ərzində bankın məcmu kapitalı 11,8% artaraq 52,884 mln. manat, o cümlədən nizamnamə kapitalı 20,6% artaraq 38,110 mln. manat təşkil edib.

Bundan başqa, cari ilin yanvar-iyun ayları ərzində «YapıKredi Bank Azerbaijan»ın gəlirlərinin həcmi 8,544 mln. manat, xərcləri 5,407 mln. manat, mənfəəti isə 3,137 mln. manat təşkil edib. Ötən ilin analoji dövrü ilə müqayisədə bankın gəlirləri 10,6%, xərcləri 4,1%, mənfəəti isə 20% azalıb.

Xatırladaq ki, təsisçisi Türkiyənin «YapıKredi Bank» (99,8%), «YapıKredi Finansal Kiralama» (0,1%) və «YapıKredi Yatırım Menkul Degerler A.Ş» (0,1%) olan «YapıKredi Bank Azerbaijan» 2000-ci ildən fəaliyyət göstərir. İyulun 1-nə bankın ölkə üzrə 7 filialı, 17 bankomatı və 85 POS-terminalı fəaliyyət göstərib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR