Bank Of Baku

Azərbaycanın qızıl ehtiyatları 22 mln. dolları ötüb

Azərbaycanın qızıl ehtiyatları 22 mln. dolları ötüb
# 16 avqust 2011 14:24 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Hazırda Azərbaycanın əmtəəlik qızıl ehtiyatı 390 kq-a yaxındır. Bu barədə «APA-Economics»ə Azərbaycan Maliyyə Nazirliyindən bildirilib.

«Azərbaycan hökuməti əmtəəlik qızılı əsasən hasilatın pay bölgüsü haqqında imzaladığı sazişlər çərçivəsində əldə edir. Bugünkü tarixə Gədəbəy qızıl filiz yatağından hasil edilmiş Azərbaycan hökumətinin mənfəət payı şəklində aldığı qızılın həcmi 389,16 kq təşkil edir», - deyə Nazirlikdən bildirilib.

Nazirlikdən həmçinin bildirilib ki, alınmış qızıl saflaşdırma ilə 999,9 əyyar səviyyəsinə çatdırıldıqdan sonra standart qızıl külçələr şəklində Azərbaycan Mərkəzi Bankında hökumətin hesabında saxlanılır.

Qeyd edək ki, qızıl ehtiyatları Azərbaycanda hasil olunan qızılın alınması və onun İsveçrədə emal edilməsindən sonra əldə olunan qızılın hesabına formalaşır. Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 1 028 kq qızıl hasil edilib ki, bu da 2010-cu ilin eyni dövrünə nisbətən 3,2% azdır. Cari ilin avqustun 1-nə Azərbaycanda qızılın hazır məhsul ehtiyatı 25 kq olub.

Hazırda dünya bazarında qızılın 1 unsiyasının qiyməti 1 768 ABŞ dolları təşkil edir. Bu da o deməkdir ki, ölkənin hazırkı qızıl ehtiyatlarının həcmi təxminən 22,121 mln. ABŞ dollarına bərabərdir.

Xatırladaq ki, qızıl hasilatı Azərbaycan hökuməti ilə «R.V.Investment Group Services» şirkəti (Böyük Britaniya) arasında «Gədəbəy, Qoşa, Ordubad qrupu, Söyüdlü, Qızılbulaq və Vejnəli perspektiv qızıl filiz yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında» imzalanmış saziş əsasında aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR