Bank Of Baku

«Bank of Azerbaijan» yeni məhsullar təqdim edir

«Bank of Azerbaijan» yeni məhsullar təqdim edir
# 16 avqust 2011 14:27 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. «Bank of Azerbaijan» ASC yeni avtomatlaşdırılmış bank proqram təminatının tətbiqi üçün razılaşma imzalayıb. Bununla bağlı yeni proqram təminatının seçim prosesi dünyada tanınmış bir neçə brend arasında aparılıb. Yeni proqram təminatı məlumatların yüksək səviyyədə emalı və qorunmasının təmin edilməsi ilə bərabər biznes proseslərin effektivliyini də artıracaq.

Paralel olaraq «Bank of Azerbaijan» ASC respublika əhalisinə yol hərəkəti qaydalarının pozulması ilə əlaqədar törədilmiş inzibati xətalara görə cərimələrin müasir ödəniş mexanizmlərdən istifadə etməklə ödənilməsi imkanı yaradıb. Cərimələri «Bank of Azerbaijan»ın baş ofisi və filiallarında ödəmək mümkündür. Ödənişi həyata keçirmək üçün banka sürücülük vəsiqəsi və inzibati xəta üzrə tərtib olunmuş protokol təqdim edilməlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR