Bank Of Baku

ARDNŞ büdcəyə ödəmələri 14% artıb

ARDNŞ büdcəyə ödəmələri 14% artıb
# 16 avqust 2011 14:51 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) 2011-ci ilin iyul ayında dövlət büdcəsinə 137,4 mln. manat həcmində vəsait ödəyib. ARDNŞ-dən «APA-Economics»ə verilən məlumata görə, bu göstərici 2010-cu ilin iyul ayı ilə müqayisədə 54,5% çoxdur.

Ümumiyyətlə, 2011-ci ilin yanvar-iyul aylarında ARDNŞ büdcəyə 685,337 mln. manat ödəyib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,7% çoxdur.

Bundan başqa, cari ilin iyul ayında ARDNŞ Dövlət Sosial Müdafiə Fonduna 11,537 mln. manat köçürüb. Ümumiyyətlə, 2011-ci ilin yanvar-iyul aylarında Şirkət tərəfindən DSMF-yə ödəniş 76,981 mln. manat təşkil edib ki, bu da 2010-cu ilin müvafiq dövrü ilə müqayisədə 5,3% çoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR