Bank Of Baku

Azərbaycan əhalisinin gəlirləri son bir ildə 17% artıb

Azərbaycan əhalisinin gəlirləri son bir ildə 17% artıb
# 17 avqust 2011 08:04 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-iyul aylarında Azərbaycanda əhalinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 17,3% artaraq 16,3 mlrd. manata çatıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, gəlirlərin hər nəfərə düşən həcmi 15,8% artaraq 1 810,2 manat və ya aya orta hesabla 258,6 manat təşkil edib.

«Gəlirlərin 66,3%-i son istehlaka, 8%-i vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə, 23,9%-i isə əmanətlərin və kapitalın artırılmasına yönəldilib», - deyə Komitədən bildirilib.

Əhalinin sərəncamında qalmış 15 mlrd. manat gəlir əvvəlki ildəkinə nisbətən 18,7% artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR