Bank Of Baku

«DəmirBank»da pul köçürmələri üzrə lotereyanın növbəti tirajı keçirilib

«DəmirBank»da pul köçürmələri üzrə lotereyanın növbəti tirajı keçirilib
# 17 avqust 2011 08:56 (UTC +04:00)
Bakı. Nict Mustafayev – APA-Economics. Azərbaycanın «DəmirBank» ASC-nin pul köçürmələri üzrə uduş kampaniyasının 5-ci tirajında 16 qalib müştəri müəyyən edilib. Bu müştərilərdən 1 nəfər 1000 manat, 5 nəfər hər biri 200 manat və 10 nəfər hər biri 100 manat pul məbləği udub.

«DəmirBank»ın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, aksiyanın şənrtlərinə əsasən, Bankın istənilən filialında «Western Union», «Coinstar», «Contact», «Blizko», «PrivatMoney», «Migom», «Bıstraya Poçta», «Zolotaya Korona» və ya «Şimşək» sistemi ilə ən azı 300 manat/dollar/avro və ya 9000 rubl məbləğində pul köçürən və ya alan müştərilər uduş kampaniyasında avtomatik iştirak edir. Ən azı qeyd edilən məbləğdə hər bir köçürmə əməliyyatı kampaniyada 1 iştirak şansına bərabərdir. Kampaniyanın növbəti tirajı sentyabrın 15-də keçiriləcək.

Hazırda «DəmirBank»ın 31 filial və şöbəsi fəaliyyət göstərir. Onlardan 13-ü Bakıda, 18-i isə digər şəhər və rayonlarda yerləşir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR