Bank Of Baku

Mərkəzi Bank: «Azərbaycanda milli valyutanın məzənnəsinin sabitliyi makroiqtisadi sabitliyə müsbət təsir göstərib»

Mərkəzi Bank: «Azərbaycanda milli valyutanın məzənnəsinin sabitliyi makroiqtisadi sabitliyə müsbət təsir göstərib»
# 18 avqust 2011 09:19 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Cari ilin yanvar-iyun ayları ərzində manatın ABŞ dollarına qarşı rəsmi məzənnəsi sabit olub və cəmi 1,4% möhkəmlənib.

Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə qeyri-neft sektoru üzrə həm nominal effektiv məzənnə (ümumi ticarət dövriyyəsi üzrə - 1,7%), həm də real effektiv məzənnə (0,8%) ucuzlaşmaqla bu sektorun rəqabət qabiliyyətini yaxşılaşdırıb. Tərəfdaş ölkələrdəki inflyasiya ilə Azərbaycandakı inflyasiya arasındakı fərq isə real effektiv məzənnəyə (REM) 1,6 faiz bəndi azaldıcı təsir göstərib.

Qeyri-neft ixracının 80%-indən çoxunun getdiyi yaxın xaric ölkələrə nəzərən isə real effektiv məzənnə 3,1% ucuzlaşıb. Beləliklə, cari ilin 6 ayı ərzində valyuta bazarı əsasən özünütənzimləmə rejimində fəaliyyət göstərib, ikitərəfli məzənnənin kəskin tərəddüdləri müşahidə edilməyib, çoxtərəfli məzənnə isə ölkənin beynəlxalq rəqabət şəraitini yaxşılaşdırmaq istiqamətində dəyişib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR