Bank Of Baku

Azərbaycan gömrükçüləri dövlət büdcəsinə ödənişləri artırıb

Azərbaycan gömrükçüləri dövlət büdcəsinə ödənişləri artırıb
# 18 avqust 2011 11:34 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) 2011-ci ilin iyul ayında dövlət büdcəsinə gömrük vergi və rüsumları şəklində 101,080 mln. manat vəsait köçürüb. Bu, iyun ayında büdcəyə köçürülən vəsaitə nisbətən 0,52% çoxdur.

Komitədən «APA-Economics»ə verilən məlumata görə, ötən ay büdcəyə gömrük rüsumları şəklində 22,085 mln. manat, əlavə dəyər vergisi kimi 71,199 mln. manat daxil olub. Həmçinin, DGK iyulda aksizlər üzrə 6,808 mln. manat, yol vergisi üzrə isə 0,988 mln. manat təşkil edib.

İyun ayı ilə müqayisədə gömrük rüsumlarının həcmi 0,5%, yol vergisi 6,9% azalıb, ƏDV üzrə yığımlar 0,3%, aksizlər isə 8,2% artıb.

Ümumilikdə, bu ilin yanvar-iyul aylarında gömrük orqanları büdcəyə 643,446 mln. manat vəsait köçürüb. Komitədən verilən məlumata görə, bunun 134, 980 mln. manat gömrük rüsumları, 467,398 mln. manat ƏDV, 34,476 mln. manat aksizlər, 6,593 mln. manat isə yol vergisinin payına düşür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR